İsveç millisi penalti ilə Slovakiyaya qalib gəldi - VİDEO

18 İyun 2021 18:51 Gündəm 535
İsveç millisi penalti ilə Slovakiyaya qalib gəldi - VİDEO

Avropa çempionatının E qrupunda II tura start verilib.

Sportinfo.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər.

Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir.

Bu qrupun digər oyununda İspaniya və Polşa kollektivləri qarşılaşacaqlar. Sevilyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!