İngiltərə, Çexiya və Slovakiya bu gün 1/8 finala çıxacaq?

18 İyun 2021 17:00 Gündəm 893
İngiltərə, Çexiya və Slovakiya bu gün 1/8 finala çıxacaq?

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun növbəti 3 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılacaq.

Günün ilk matçı E qrupunda İsveç və Slovakiya arasında olacaq. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Oyunu almaniyalı referi Marko Frits idarə edəcək. İlk turda Polşanı 2:1 hesabı ilə məğlub edən slovakiyalılar qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcəklər.

Skandinaviyalılar isə qrupun ilk matçında İspaniya ilə qolsuz heç-heçəyə razılaşıb.

D qrupunda ilk turda İngiltərəyə minimal hesabla uduzan Xorvatiya seçməsi birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub edən Çexiya yığması ilə qarşılaşacaq.

Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçiriləcək görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qələbə çexiyalıları pley-offa yüksəldəcək.

Bu qrupun digər matçında İngiltərə millisi Şotlandiyanı sınağa çəkəcək. Londondakı "Uembli" stadionunda gerçəkləşəcək görüşü ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngilislər bu görüşdə də qalib gələrsə, vaxtından əvvəl 1/8 finala adlayacaqlar.

D qrupu, II tur

20:00. Xorvatiya - Çexiya

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)

Qlazqo şəhərindəki "Hempden Park" stadionu

23:00. İngiltərə - Şotlandiya

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

London, "Uembli" stadionu

Xal durumu: Çexiya - 3, İngiltərə - 3, Xorvatiya - 0, Şotlandiya - 0

E qrupu

17:00. İsveç - Slovakiya

Baş hakim: Marko Frits (Almaniya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Xal durumu: Slovakiya - 3, İspaniya - 1, İsveç - 1, Polşa - 0

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu