AVRO-2020-də daha bir 1/8 finalçı Niderland oldu - VİDEO

18 İyun 2021 00:53 Gündəm 939
AVRO-2020-də daha bir 1/8 finalçı Niderland oldu - VİDEO

Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Niderland Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya ilə qarşılaşıb.

Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti