Rusiya Avro-2020-də ilk qələbəsini finlər üzərində qazandı - VİDEO

16 İyun 2021 19:05 Gündəm 683
Rusiya Avro-2020-də ilk qələbəsini finlər üzərində qazandı - VİDEO

Avropa çempionatının qrup mərhələsində II tura start verilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib.

Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. Eyni xala malik Finlandiya yığması isə 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!