“Bakıda qol vuraraq, türk azarkeşləri susdura bilərik”

16 İyun 2021 19:20 Gündəm 787
“Bakıda qol vuraraq, türk azarkeşləri susdura bilərik”

Uelsin futbolçusu Co Morrell AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Bakıda Türkiyə yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Morrell, sözügedən oyunda Türkiyə yığmasının daha çox azarkeşinin olacağını deyib:

“Stadionda Türkiyə yığmasını dəstəkləyənlərin çox olacağı dəqiqdir. Bu, bizim üçün üstünlük ola bilər.

Türk azarkeşlərin neqativ enerjilərini meydana vermələrini təmin edə bilərik. Daha əvvəl də belə oyunlarımız olub. Qol vuraraq, türk azarkeşləri susdura bilərik. İlk qolu vurmaq bizim üçün vacibdir”.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels oyunu saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti