Bu gündən 18 yaşdan yuxarı şəxslər peyvənd olunacaq

10 May 2021 12:10 Gündəm 474
Bu gündən 18 yaşdan yuxarı şəxslər peyvənd olunacaq

Bu gündən Azərbaycanda “COVID-19” əleyhinə vaksinasiyanın növbəti mərhələsinə start verilir.

Sportinfo.az xəbər verir ki, 18 yaşdan yuxarı şəxslərin “COVID-19” əleyhinə vaksinasiyasına başlanılır.

Peyvənd olunmaq istəyən şəxslər könüllülük prinsipi əsasında “randevu.its.gov.az” saytında qeydiyyatdan keçməlidirlər.

Randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Bu günə qədər əhalinin 10 faizi peyvənd olunub.

Xəbər Lenti