Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım - FOTO

10 May 2021 00:00 Gündəm 547
Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib.

Sportinfo.az xəbər verir ki, paylaşımda Heydər Əliyevin bu sözləri qeyd olunub: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur”.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edildiyini açıqlayarkən bunları demişdi:

"Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı