Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı AÇIQLAMA

8 Mart 2021 15:30 Gündəm 12 992
Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı AÇIQLAMA

Son günlər ərzində Azərbaycanda COVİD-19-a yoluxma hallarının artımının qarşısının alınması üçün hər bir vətəndaş əlindən gələni etməlidir ki, təkrar karantin qaydalarının sərtləşdirilməsinə getməyək.

Sportinfo.az xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda yaranan arxayınlıqdır.

İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:

“Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD – 19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.

A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti