Həbsdən çıxan Mənsimov "Xəzər Lənkəran"ı nə vaxt futbola qaytaracaq?

7 Mart 2021 15:00 Gündəm 1 972
Həbsdən çıxan Mənsimov "Xəzər Lənkəran"ı nə vaxt futbola qaytaracaq?

Xəbər verdiyimiz kimi, İstanbul Ədalət Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ı n yaradıcısı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Məhkəmənin qərarına əsasən, o, 5 il müddətinə şərti cəza alaraq azadlığa buraxılıb.

İş adamının həbsdən buraxılması "Xəzər Lənkəran" camiəsini ümidəlndirib. Cənublu azarkeşlər 1 ildən sonra "dəmir barmqlıqlar" arasından çıxan biznesmenin bir müddət sonra klubun fəaliyyətini də bərpa edəcəyinə inamla yanaşır.

Bu, nə dərəcədə realdır? "Xəzər Lənkəran"ın keçmiş rəsmisi Hüseyn Cəbrayıloğlu bununla bağlı fikirlərini Sportinfo.az-a bölüşüb:

"İndidən nəsə demək, mülahizə yürütmək olmur. Mübariz müəllim yenicə azadlığa çıxıb. Bir ildir işindən, şirkətdən uzaq olan rəhbərin yetərincə işi, yığılıb qalmış problemləri var.

Üstəlik, Azərbaycan futbolunda bu 1 ildə bəyəm nəsə dəyişib? 10 illik dövlət proqramı və əlavə 5 illik zamandan sonra AFFA yenicə ölkə xaricində futbolçu axtarır ki, milliləsdirsin.

Məncə, nəsə dəyişməyib və "Xəzər Lənkəran" geri dönüşü haqqında pozitiv nəsə düşünməyə zəmin yoxdur.

Hətta "CBC Sport" boyda (əməkdaş sayına görə) kanalın eksperti də deyir ki,"Premyer Liqada komanda sayını dərd etmək lazım deyil, əsas keyfiyyətdir".

Keyfiyyət də, maşallah! "Barmagimizdan bal axır". Hər bir "Xəzər Lənkəran" azarkeş kimi mən də ümidliyəm. Sadəcə, ümid var. Çünki o da olmasa, gərək yasanayasan".

Digər Xəbərlər
Xəbər Lenti