“Twitter” Azərbaycanı hədəf alan erməni hesablarını blokladı

23 Fevral 2021 23:10 Gündəm 479
“Twitter” Azərbaycanı hədəf alan erməni hesablarını blokladı

“Twitter” sosial şəbəkəsi İran, Ermənistan və Rusiya ilə əlaqəli olduğu bildirilən yüzlərlə hesabı bağlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum bu hesabların şirkətin manipulyasiya siyasətini pozduğunu əsas gətirərək birdəfəlik bloklayıb.

Ümumilikdə, 373 hesab qapadılıb ki, bunlardan 238-i İranda, 100-ü Rusiyada fəaliyyət göstərir.

Bağlanan Rusiya mənşəli hesabların ABŞ və Avropa İttifaqını hədəf aldığı və NATO-ya olan inamı sarsıdacaq paylaşımlar etdiyi qeyd olunub.

Azərbaycanı hədəf almaq üçün açılan digər 35 hesabın Ermənistan mənşəli olduğu və onların da bloklandığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti