Qazilər üçün Türkiyədən həkim heyəti gətirildi - FOTOLAR

23 Fevral 2021 18:30 Gündəm 937
Qazilər üçün Türkiyədən həkim heyəti gətirildi - FOTOLAR

“YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyədən həkim heyəti ölkəmizə gətirilib.

Sportinfo.az xəbər verir ki, heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər.

Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.



Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"