Ermənilər daha bir kəndi TƏRK EDİR

21 Fevral 2021 10:50 Gündəm 1 796
Ermənilər daha bir kəndi TƏRK EDİR

Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini tərk edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Kəndin icma rəhbəri Beniamin Poqosyan məsələ ilə bağlı açıqlamasında sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torpaqların az olmasından şikayətlənib.

"Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.

Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq. /Modern.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı