"Koronavirus hələ məşq idi, dəhşətli ssenarilər qabaqdadır"

20 Fevral 2021 09:10 Gündəm 1 004
"Koronavirus hələ məşq idi, dəhşətli ssenarilər qabaqdadır"

"İnsanlıq qrip kimi viruslara qarşı universal, daha güclü vaksin icad etməyə tələsməlidir.

Çünki bəşəriyyəti daha təhlükəli pandemiyalar gözləyir.

O ki qaldı Covid 19 pandemiyasına. Koronavirus məşq, yoxlama prosesi kimi gəldi, o daha dəhşətli pandemiyalara xəbərdarlıq və hazırlıq idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov deyib.

"Qarşıda iki daha dəhşətli pandemiya gözlənilir. Bunu alimlər deyir. İki mutasiya olacaq. Birincisi donuz və ya quş qripi mutasiyaya uğrayıb heyvandan insana sürətlə yayılacaq. İkincisi - bu viruslar insandan insane keçəcək.

Ölümcüllüyü yüksək olacaq. Bundan xilas üçün bəşəriyyət yeni preparat və vaksinləri pandemiyaya qədər tapmalıdır. Ehtiyatda nə qədər vaxtımızın olmasını isə heç kim bilmir. Biz koronavirusdakı kimi virus yayılandan sonra vaksin tapmamalıyıq. Bu faciə ola bilər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!