Rövnəq Abdullayevin AFFA-dakı gələcək perspektivi - NƏ GÖZLƏNİLİR?

24 Yanvar 2021 20:20 Gündəm 2 502
Rövnəq Abdullayevin AFFA-dakı gələcək perspektivi - NƏ GÖZLƏNİLİR?

Dünən Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

Fərman qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə imzalanıb.

Buna əsasən, SOCAR-ın Müşahidə Şurası yaradılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.

Müşahidə Şurasının üzvləri isə aşağıdakı şəxslərdir:
Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Bu yenilikdən sonra nəzərlər AFFA-ya dikilib. Çünki yanvarın 29-da federasyinın növbəti Konfransı keçiriləcək.

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında baş tutacaq. Konfrans saat 11:00-da başlayacaq

Dünəndən bəri AFFA rəhbərliyində dəyişiklik olacağı ilə bağlı sosial şəbəkələrdə çoxsaylı xəbərlər, iddialar yayılıb. Rövnəq Abdullayevin federasiya prezidenti postundan istefa verəcəyi haqda informasiyalar bir-birini əvəz edir.

Sportinfo.az bunu dəqiqləşdirməyə çalışıb. Qurumdan əldə etdiyimiz məlumata görə, o, istefa ərizəsi yazmayıb və bunun yaxın tarixdə baş verməsi gözlənilmir.

AFFA prezidenti vəzifəsinə 4-cü müddətə seçilmiş Abdullayev hazırda da öz işini davaam etdirir və növbəti Konfransda belə bir məsələnin müzakirə olunması nəzərdə tutulmaayıb.

Digər Xəbərlər
Xəbər Lenti