"Qarabağ"dan idman direktoru və ya idarəçi postuna təklif olsaydı, dəyərləndirərdim"

23 Yanvar 2021 16:00 Gündəm 1 189
"Qarabağ"dan idman direktoru və ya idarəçi postuna təklif olsaydı, dəyərləndirərdim"

"Nurlan İbrahimova görə çox üzülürəm və ümid edirəm ki, apellyasiya şikayətindən sonra qərar dəyişər və o, sevdiyi peşəyə yenidən qayıtmaq imkanı qazanar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın keçmiş idman direktoru, hazırda futbol eksperti kimi "CBC Sport"da fəaliyyətini davam etdirən Emin Abbasrv deyib.

O, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri postuna namizəd göstərilməsinə münasibət bildirib:

"Açığı, ilk növbədə mənəvi baxımdan Nurlanın yerinə getmərəm. Bunu başqalarına aid etmirəm, çünki kimsə gedirsə, yerinə başqası gəlməlidir.

Hər halda "Qarabağ"da mətbuat katibi kimi əhəmiyyətli vəzifə boş qala bilməz. Amma ümumi danışsaq, "Qarabağ"dan məsələn, idman direktoru və ya hər hansı idarəçi postuna təklif olsaydı, təbii ki, dəyərləndirmək olardı.

Mən həmişə demişəm ki, hədəfim futbol sahəsində çalışmaqdır. Ancaq yenə də baxır təklifə, kluba, sənin qarşına qoyulan tələbə, yaradılan şəraitə və s.

Yəni, Qurban Qurbanov elə adamdır ki, ondan həm futbolu daha dərindən öyrənmək baxımından çox şey götürmək olar, həm də insani keyfiyyətlərinə görə yaxşı təsir eləyər adama onun yanında olmaq.

Tam səmimi deyirəm, "Qarabağ"dan idarəçi olmaq təklifi almamışam".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”