AVRO-2020 bu il də Bakıda keçirilməyə bilər - YENİ PROBLEM

21 Yanvar 2021 12:40 Gündəm 636
AVRO-2020 bu il də Bakıda keçirilməyə bilər - YENİ PROBLEM

Sportinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının eksperti, professor Santyaqo Mas-Koma futbol üzrə Avropa Çempionatının yenidən təxirə salınması ilə bağlı ehtimal irəli sürüb.

"Peyvəndlər virusun yayılmasının qarşısını ala biləcəkmi? Bu sualın dəqiq cavabı hələ də yoxdur.

Bilirik ki, peyvənd olunmuş şəxslər yenidən xəstələnə və ətrafdakıları yoluxdura bilərlər. Digər tərəfdən vaksinasiyanın təşkili, peyvəndlərin çatdırılması ilə bağlı da problemlər mövcuddur.

Hazırda formalaşan əminsizlik mühiti optimist proqnozlar üçün əsas vermir. Belə olan şəraitdə yarışların yenidən təxirə salınması barədə düşünürük”, - deyə alim bildirib.

Ekspertin fikrincə, yekun qərarın qəbul edilməsi təkcə epidemioloji vəziyyətdən asılı olmayacaq. İnsanların yenidən başqa ölkələrə səfər etmək qorxusu da nəzərə alınacaq.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı