Səfərbərlikdən qayıdanlarla bağlı daha iki səyyar qrup yaradılacaq

17 Yanvar 2021 13:30 Gündəm 891
Səfərbərlikdən qayıdanlarla bağlı daha iki səyyar qrup yaradılacaq

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha 2 səyyar qrupun fəaliyyət göstərməsinə qərar verilib.

Sportinfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib:

"Vətəndaşların gediş-gəlişini nəzərə alaraq və onların rahatlığını təmin etmək məqsədilə əlavə olaraq komissiyanın nəzdində daha 2 səyyar qrupun fəaliyyət göstərməsinə qərar verilib".

Onun sözlərinə görə, yanvarın 18-dən etibarən səyyar qruplar Pirəküşkül qəsəbəsində yerləşən hərbi hissədə və Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcəklər.

"Sabahdan etibarən bazar günü istisna olmaqla komissiya hər gün saat 09:00-dan 18:00-dək respublikanın 4 istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə nazirlik rəsmisi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti