“Bu Bəyannamə Rusiya ilə münasibətlərimizin yeni mərhələsidir”

22 İyul 2023 08:00 Gündəm 818
“Bu Bəyannamə Rusiya ilə münasibətlərimizin yeni mərhələsidir”

“Keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlət başçısı bildirib: “Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"