Dörd qol vurdular, 1500 manatı qatlayıb ciblərinə qoydular

26 Oktyabr 2023 11:20 Araz-Naxçıvan 1 705
Dörd qol vurdular, 1500 manatı qatlayıb ciblərinə qoydular

«Araz-Naxçıvan» Premyer Liqanın ikinci dövrəsinə qələbə ilə başladı.

«Qəbələ»nin qonağı olan Muxtar Respublika təmsilçisi səfərdən 4:1 hesablı qalibiyyətlə döndü.

Bu nəticə imkan verdi ki, bölgə komandası yenidən 1 pillə yuxarı qalxsın.

Xallarının ümumi sayını 17-yə çatdıran Azər Bağırovun kollektivi hazırda turnir cədvəlinin 4-cü sırasında yer alıb.

Qeyd olunan göstərici futbolçuları ikiqat sevindirib. Belə ki, klub rəhbərliyi Qəbələdə qazanılan 3 xala görə əsas heyət üzvlərinin hər birinə 1500 manat mükafat verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu