Hərbçilərin Dünya Oyunları: İki güləşçimiz finalda uduzdu

24 Oktyabr 2019 15:10 Güləş 545
Hərbçilərin Dünya Oyunları: İki güləşçimiz finalda uduzdu

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Həsən Əliyev (77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova da aman verməyib - 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştama məğlub olaraq gümüş medalla kifayətlənib.

Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırsa da, həlledici dueldə macar Viktor Lörinçə 1:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti