Azərbaycanlı DÇ-da bürünc medal uğrunda yarışacaq

9 Oktyabr 2021 12:00 Güləş 374
Azərbaycanlı DÇ-da bürünc medal uğrunda yarışacaq

Azərbaycanın yunan-Roma güləşçi Murad Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fərdi Dünya Kubokunun qalibi Jolaman Şarşenbekovla (Qırğızıstan) üz-üzə gəlib.

Məmmədov rəqibinə 2:4 hesabı ilə məğlub olub. O, bu gün bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.

Murad Lokyayevin (97 kq) 1/8 finalda, Beka Kandelakinin (130 kq) isə 1/4 finalda uduzduğu rəqiblər - Vilius Laurinaitis (Litva) və Yakobi Kajaya (Gürcüstan) finala vəsiqə qazana bilmədiklərindən Azərbaycan təmsilçiləri medal şanslarını itirib.

Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.

97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisə (Litva) yenilib. Stepan Davidə (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.

Lokyayev və Kandelaki, rəqibləri finala çıxacağı təqdirdə, sabah təsəlliverici görüşlərə qatılacaqlar.

İndiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"