Üç azərbaycanlı DÇ-da bürünc medal uğrunda yarışacaq

20 İyul 2021 12:00 Güləş 408
Üç azərbaycanlı DÇ-da bürünc medal uğrunda yarışacaq

İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.

Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün C.Cavadov təsəlliverici görüşə çıxacaq.

Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib.

Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan A.Novruzov ümidini bürünc medala bağlayıb.

Səttərxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub.

Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və S.Allahverdili üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb.

Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub.

Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri iyulun 20-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"