Azərbaycan millisi Olimpiada üçün son hazırlıq prosesinə start verdi

20 İyul 2021 10:20 Güləş 400
Azərbaycan millisi Olimpiada üçün son hazırlıq prosesinə start verdi

Avqustun 1-dən 7-dək Tokio Olimpiadasında güləş yarışları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edəcək hər 3 güləş növü üzrə milli komandalar son hazırlıq mərhələsinə keçib.

Belə ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalarımız Tokioya səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcək.

Bu gün Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq.

Olimpiyaçılarımız ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə (sparrinq) birgə hazırlıq prosesini davam etdirəcək.

Komandalarımız Tokioya iyulun 27-də yollanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi