Azərbaycanı təmsil edəcək yığma dünya çempionatında

18 İyul 2021 15:40 Güləş 1 021
Azərbaycanı təmsil edəcək yığma dünya çempionatında

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.

Sportinfo.az xəbər verir ki, iyulun 25-dək davam edəcək mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda Azərbaycanı təmsil edəcək yığma Budapeştə yollanıb.

Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.

Dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!