Avropa çempionatı: Qadın güləşçilərimizin ilk rəqibləri bilindi

21 Aprel 2021 00:00 Güləş 1 009
Avropa çempionatı: Qadın güləşçilərimizin ilk rəqibləri bilindi

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin ilk rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.

Aprelin 21-də Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, bir gün sonra isə Tatyana Varansova və İrina Netreba xalça üzərinə çıxacaq.

50 kq
1/4 final: Mariya Stadnik - (Rusiya) - Yekaterina Poleşçuk (Rusiya)

53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)

65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!