Millimizin oyunlarını idarə edəcək hakimlər

25 Noyabr 2023 08:30 Qadın futbolu 953
Millimizin oyunlarını idarə edəcək hakimlər

Qadın futbolçulardan ibarət Azərbaycan komandasının Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək:

Kipr – Azərbaycan

1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00

Baş hakim: Karoline Lanssens

Baş hakimin köməkçiləri: İrmqard Van Meyrvenne, Marqot Yacobs

Dördüncü hakim: Jana Van Laere

Azərbaycan – Farer adaları

5 dekabr. “Dalğa Arena”. Saat 19:00

Baş hakim: Lovisa Yohansson

Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Beni

Digər Xəbərlər
Xəbər Lenti