Millimizin AVRO-2022-dəki rəqibləri yoldaşlıq oyunları keçirdi

24 Dekabr 2021 10:00 Futzal 487
Millimizin AVRO-2022-dəki rəqibləri yoldaşlıq oyunları keçirdi

Futzal üzrə AVRO-2022-nin final mərhələsindəki rəqiblərimiz yoldaşlıq oyunları keçirib.

Sportinfo.az xəbər verir ki, final mərhələsində ilk rəqibimiz olacaq Gürcüstan Tbilisidə Serbiya ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu komandalar sabah daha bir oyun keçirəcəklər.

Qrup mərhələsində son rəqibimiz olacaq Bosniya və Herseqovina isə turnirdə iştirak edir. Onlar ilk matçda Slovakiya ilə qarşılaşıblar.

Oyun slovakların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti görüşdə Çexiya futzalçıları ilə matçda da bosniyalılar qapısından 5 top buraxıb, 3 qol vurub.

Oyun Çexiyanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər Lenti