UEFA milliyə texniki məğlubiyyət verdi, A Liqasını tərk etdi

26 Noyabr 2020 10:00 Fransa 693
UEFA milliyə texniki məğlubiyyət verdi, A Liqasını tərk etdi

Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərar verilib.

Sportinfo.az xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Beləliklə, 4-cü qrupda sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası A Liqasını tərk edib.

Oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxmasına görə baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı