Ueyn Runi Azərbaycana gəlir?

4 Sentyabr 2023 02:50 Sizdən Bizə 1 057
Ueyn Runi Azərbaycana gəlir?

MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisi Ueyn Runi Bakıya gəlir.

Sportinfo.az xəbər verir ki, bu barədə idman.biz-ə etibarlı mənbədən məlumat verilib.

Etibarlı mənbə qeyd edir ki, Ueyn Runinin Azərbaycanlı dostu dekabr ayında ölkəmizin şimal bölgəsinə qonaq gətirəcək.

Səfər istirahət məqsədi daşıyır, burda hər hansı iş görüşməsi nəzərdə tutulmayıb. Ueyn Runi hazırda MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisidir, onun komandası hazırda turnir cədvəlində 30 xalla onuncu sırada qərarlaşıb.

Runi futbolçu karyerası dövründə "Everton", "Mançester Yunayted" kimi klublarda çıxış edib. O eyni zamanda 2003-2018-ci illərdə İngiltərə millisinin də şərəfini qoruyub.

Ölkəmizdə bundan əvvəl Zlatan İbrahimoviç, Mixail Ballak, Rikardo Quarejma kimi ulduz futbolçular istirahət məqsədilə qonaq olublar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı