PSJ səfərddə darmadağınla qazandı - VİDEO

17 Oktyabr 2020 09:42 Fransa 574
PSJ səfərddə darmadağınla qazandı  - VİDEO

PSJ Liqa-1-də növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Paris klubu 7-ci turda səfərdə “Nim”lə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisinin futbolçularından Kilian Mbappe 32 və 83-cü dəqiqələrdə fərqlənməklə dubl edib. 78-ci dəqiqədə Alessandro Florensi, 88-ci dəqiqədə isə Pablo Sarabiya rəqibin qapısına yol tapıb.

PSJ hazırda 15 xalla çempionatın turnir cədvəlinə liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti