Fransa çempionatının 3-cü turunda PSJ doğma meydanda "Marsel"ə 0:1 hesabı ilə uduzub.
yeganə qolu 31-ci dəqiqədə Florian Tauvin vurub.
Matçın sonununda komandaların futbolçuları arasında mübahisə düşüb və hətta bəzi futbolçular dava edib. Baş verənlərə görə komandanın baş hakimi 5 oyunçunu - Lavin Kurzava, Leandro Paredes, Neymar (hamısı PSJ), Jordan Amavi, Dario Benedettonu (hər ikisi "Marsel) meydandan qovub.
Bu, Paris təmsilçisinin ardıcıl ikinci məğlubiyyəti olub. Komanda bundan əvvəl "Lans"a 0:1 hesabı ilə uduzmuşdu.