“Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir” - Hikmət Hacıyev

9 Sentyabr 2023 12:10 Bizimkilər 884
“Azərbaycan təlim keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir” - Hikmət Hacıyev

“Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq çərçivəsində əvvəlcədən planlaşdırılmış hərbi təlimlər keçirir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, adi planlaşdırma prosesinin bir hissəsidir:

“Ermənistan isə sərhəddə qoşunlarını cəmləşdirir və yeni silah-sursat sistemləri alır. Qarabağdakı etnik erməni qüvvələri də öz kazarmalarından çıxaraq cəbhə xəttindəki mövqelərə yerləşdirilib.

Bizim strategiyamız Azərbaycana qarşı istənilən silahlı və ya qeyri-qanuni hərbi fəaliyyətlərin və yaxud təxribatların qarşısını almaqdan ibarətdir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!