PSJ-yə kimi yalnız "Real" bunu bacarmışdı

19 Avqust 2020 22:20 Fransa 1 782
PSJ-yə kimi yalnız "Real" bunu bacarmışdı

Fransa çempionu PSJ UEFA Çempionlar Liqasının yarımfinalında “Leyptsiq”i 3:0 hesabıyla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi turnirdə ardıcıl 34 oyunda qol vuraraq, “Real”ın rekordunu təkrarlayıb.

PSJ Çempionlar Liqasında sonuncu dəfə 2016-cı ildə, “Mançester Siti” ilə matçda (0:1) qol vura bilməmişdi. PSJ klub tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Parislilər həlledici görüşdə “Bavariya” – “Olimpik” (Lion) matçının qalibiylə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti