"Mən idmanı siyasətə qatmıram" - Erməninin kürəyini yerə vuran Həsrət

1 Oktyabr 2023 08:30 Güləş 1 306
"Mən idmanı siyasətə qatmıram" - Erməninin kürəyini yerə vuran Həsrət

“Belqrada qızıl medal üçün getmişdim, ancaq “gümüş”lə kifayətləndim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açılamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 67 kiloqram çəki dərəcəsində ikinci yeri tutan idmançı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandığını xatırladıb:

“Yarış mənim üçün ağır keçdi. 1/4 finalda iranlı rəqibimə qalib gəldim. Daha sonra ermənini uddum. Final görüşü gərgin keçdi. Yekunda kubalı güləşçiyə uduzdum. Qızıl medal nəsib olmasa da, Olimpiadaya lisenziya qazandım”.

Gənc idmançı 1/4 finalda daha əvvəl məğlub olduğu İran təmsilçisi Məhəmmədrza Gerainidən qisas aldığını bildirib:

“Ona 2021-ci ildə uduzmuşdum. Həmin vaxt daha gənc idim. O yarışdan sonra səhvlərimin üzərində işləmişdim. Nəticəsini görürsünüz”.

Güləşçi yarımfinalda ermənistanlı Slavik Qalstyanla görüşə xüsusi yanaşmadığını vurğulayıb:

“Mən idmanı siyasətə qatmıram. Bütün rəqiblər mənim üçün ciddi rəqibdir”.

H.Cəfərov indidən Olimpiada barədə danışmaq istəmədiyini, lakin qızıl medal hədəflədiyini söyləyib:

“Yarışdan əvvəl danışmağı sevmirəm. Maksimum hazırlaşacağam. İnşallah, səhvlərimin üzərində işləyib, Olimpiadaya daha yaxşı hazırlaşaraq qızıl medal qazanmağa çalışacağam”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu