Türkiyə millisinin forvardı klubunu dəyişdi

11 İyul 2020 00:14 Fransa 786
Türkiyə millisinin forvardı klubunu dəyişdi

“Renn”in və Türkiyənin gənclərdən ibarət yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti mövsümü Liqa 2-də mübarizə aparan “Valensyenn”də keçirəcək.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.

PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxmış, hətta qol da vurmuşdu. Ötən yay isə o, “Renn”ə transfer olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti