"İlədiyim yerlərdə belə hallar olmayıb"

10 Avqust 2023 03:30 Problem 1 127
"İlədiyim yerlərdə belə hallar olmayıb"

AFFA-nın İntizam Komitəsi "Araz-Naxçıvan”ı cərimələdi.

Buna səbəb mövsümün ilk turunda baş tutan "Turan Tovuz”la oyunda komandanın üzvü Vanderson Melonun formasına yazılmış adında hərflərdən birinin Azərbaycan əlifbasına uyğun gəlməməsi oldu.

Bu səbəbdən İntizam Komitəsi Naxçıvan təmsilçisini 800 manat cərimələdi.

Sportinfo.az xəbər verir ki, Klubun icraçı direktoru Eldəniz Yusubov məsələ ilə bağlı qaynarinfo-ya açıqlama verib.

O, forma ilə bağlı texniki səhvə yol verdiklərini

"Texniki səhvdir. Bilirsiniz ki, komanda qısa müddətdə formalaşdı. Oyuna üç gün qalmış hazır olduq.

25 gün ərzində hər şeyi çatdırmağa çalışdıq. Texniki səhv kimi qəbul etdik.

Təbii ki, məlumatımız olsaydı, belə olmazdı. Cinayət edəndə bilirsən ki, səni tutacaqlar.

Ona görə də ağıllı adam cinayət etməz. Bu da gözdən yayınmışdı.

Deməzdim ki, səhlənkarlıq etmişik. Tələskənlik olub, vəziyyətdən çıxmağa çalışmışıq.

Əslində bu cəzanı gözləyirdik. Qərar da məlum oldu. İllərdir futbolun içindəyəm, işlədiyim yerlərdə belə hallar olmayıb.

Əlbətə, əsasnamə qaydasına əməl etmək lazımdır. Oyundan dərhal sonra problemi aradan qaldırdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"