Azərbaycanda bunu edən şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK

19 Fevral 17:10 Araşdırma 1 548
Azərbaycanda bunu edən şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK

Teleqram platformasında insanların ifşa videoları daha tez yayılır. Hətta dələduzlar bu videolarla insanları şantaj edir və pullarını mənimsəyirlər.

Bəs bu platformaya niyə məhdudiyyət qoyulmur və insanların ifşa videolarını yayan şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, teleqram messenger olaraq izlənilə bilmir.

“Teleqram şirkəti özü də buna nəzarət etmir. Ona görə burada gizli məlumatlar, ifşa videoları çox sürətlə yayılır və qarşısını almaq da mümkün deyil. Müəyyən şikayət və spam əsasında teleqram, videonu və yaxud şəkilləri silir. Amma həmin şikayətə çox gec müddətə baxılır və artıq paylaşılan ifşa videosu yayılmış olur. Teleqramın ən mənfi xüsusiyyətlərindən biri odur ki, istifadəçilərə heç bir məhdudiyyət qoyulmur. Dünyanın bir sıra ölkələrində bu platformaya qadağa qoymaq çox müzakirə edilir. Lakin müzakirələrin heç bir nəticəsi yoxdur”.

Hüquqşünas Şamil Paşayev isə diqqətə çatdırıb ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilə bilməz.

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və foto çəkilişi, səs yazısı paylaşıla bilməz. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması 1000 azn-dən 2000 azn-dək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!