Mahir oyuna daxil oldu, 1 dəqiqə sonra cəzalandı, "Dinamo" uduzdu

22 Oktyabr 2023 01:50 Bizimkilər 976
Mahir oyuna daxil oldu, 1 dəqiqə sonra cəzalandı, "Dinamo" uduzdu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi 12-ci turda səfərdə "Qorisa" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinn 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mahir də bu oyunda iştirak edib. O, 63-cü dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub. 26 yaşlı hücumçu 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Hazırda turnir cədvəlində "Dinamo" 19 xalla 3-cü (10 oyun), eyni xalı olan "Qorisa" isə (11 oyun) 4-cüdür.

"Qorisa" - "Dinamo" - 2:1

Qollar: Vujnoviç, 70, Yuriç, 90+2 - Ademi, 63

Digər Xəbərlər
Xəbər Lenti