"Neftçi"nin futbolçusu vətəndaşlıqdan çıxarılacaq?

22 Noyabr 2023 09:00 Neftçi 2 691
"Neftçi"nin futbolçusu vətəndaşlıqdan çıxarılacaq?

"Neftçi"nin legioneri Ataa Caber İsrail hökumətinin qəzəbinə tuş gəlib.

Sportinfo.az xəbər verir ki, buna səbəb Fələstin millisinin üzvünün Qəzza üçün təşkil olunan 1 dəqiqəlik sükutda iştirak etməsidir.

Fələstin millisinin Livanla keçirdiyi oyundan öncə Qəzzada İsrailin hücumu nəticəsində həlak olan insanların xarirəsi yad edilib. Ataa Caber də komanda yoldaşları ilə birlikdə həmvətənlərini yad edib.

29 yaşlı yarımmüdafiəçi həm də İsrail vətəndaşıdır. O, bu ölkənin U-21 millisinin formasını geyinib.

İsrailin mədəniyyət və idman naziri Miki Zohar Caberin vətəndaşlığının ləğv edilməsini istəyib. O, futbolçunu düşməni dəstəkləməkdə ittiham edib.

Miki Zohar "Neftçi"nin yarımmüdafiəçisinin vətəndaşlıqdan çıxarılması üçün daxili işlər naziri Moşe Arbelə məktub yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"