"AFFA rəhbərliyi bu şəxsi Azərbaycan millisindən dərhal qovmalıdır!" - VİDEO

20 Noyabr 2023 11:00 Milli komanda 4 451
"AFFA rəhbərliyi bu şəxsi Azərbaycan millisindən dərhal qovmalıdır!" - VİDEO

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxıb.

Komandamız F qrupunun10-cu turunda səfərdə Belçika ilə qarşılaşıb.

Görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov AFFA rəhbərliyinə çağırış edib.

O, deyib: "Belçika ilə qarşılaşma bir daha göstərdi ki, rəqibə əgər xal və ya xallar lazımdırsa, o oyundan qalib ayrıla bilmərik.

Təxminən 3 gün öncə Bakıda İsveçə qarşı döyüşən, ürəklərini ortaya qoyan komandamıza nə oldu? Belçika topa daha çox sahib olaraq, qısa ötürmələrlə üstünlük qurdu.

Millimizin baş məşqçisi De Byazi yenə sistemdə dəyişiklik etdi. O, qazanan sistemi, oyunu pozmağın izahı ola bilməz.

Zatən, Belçikaya qalib gəlməyimiz möcüzəyə bərabər olardı. Ən maraqlısı odur ki, sürətli ötürmələrlə hücumları əsasən sol cinahdan təşkil etdilər.

Zəif halqamız topu rəqibə verib topsuz oyuna üstünlük verməyimizdir. Belə mövqe seçimlərində ciddi səhvlərlə yadda qaldıq.

Dayaq yarımmüdafiə xəttində topa zamanında sürət verə bilməmək, habelə top itkiləri millimizi çətin duruma saldı. Belçikanın heyətində Lukaku son aylarda bu cür rahat qollar vurmamışdı.

Belə olan halda, sual yaranır: Onu cərimə meydançası içərisində necə rahat buraxmaq olar?

Belçikalıların sürətli ötürmələri, oyuna istədikləri vaxt verdikləri temp futbolçularımızın başını döndürdü.

AFFA rəhbərliyinə tövsiyə edirəm: Dərhal Brüssel-Roma bileti sifariş verilsin, De Byazini Bakıya gətirməsinlər".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti