Premyer Liqa klubunun sahibi istintaqa cəlb olundu

10 Oktyabr 2023 10:00 İngiltərə 1 400
Premyer Liqa klubunun sahibi istintaqa cəlb olundu

“Mançester Siti”nin sahibi Şeyx Mənsur istintaqa cəlb edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.

Bildirilib ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin təşkilatçılığı ilə baş verib.

Belə ki, Mənsur Ukraynada müharibə başlayandan sonra rusiyalı milyarderlərin İngiltərədən BƏƏ-yə pul köçürməsinə kömək etməkdə ittiham olunur.

Əgər onun rusiyalı iş adamları ilə əlaqəsi təsdiqlənərsə, klubu itirə bilər.

İngiltərə Premyer Liqasının (EPL) yeni qaydalarına əsasən, klub sahiblərinin cinayət əməllərində və ya insan hüquqlarının pozulmasında əli olduğu aşkar edilərsə, onların fəaliyyəti dayandırıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti