Xanımı ərinə qiymət qoydu

15 Dekabr 2019 18:17 Fransa 852
Xanımı ərinə qiymət qoydu

PSJ mövsümün əvvəlində icarəyə götürdüyü Mauro İkardi ilə bağlı qərarını qətiləşdirib.

Sportinfo.az xəbər verir ki, Fransa çempionu argentinalı forvardı transfer etmək fikrinə düşüb. Onun performansından razı qalan Paris təmsilçisi birdəfəlik transfer üçün tələb olunan 70 milyon avronu ödəməyə hazırdı.

Ancaq futbolçunun menecerliyini edən həyat yoldaşı Vanda Nara buna qarşı çıxır. O, mövsümün sonunda həyat yoldaşı üçün "Real" və "Yuventus"dan daha sərfəli təklif gələcəyini düşünür. Nara PSJ-də illik məvacibi 10 milyon avro olan İkardinin daha yüksək məbləğə layiq olduğunu bildirib.

Mauro İkardi PSJ-nin heyətində keçirdiyi 15 oyunda 12 qol, 2 assistlə yadda qalıb

Digər Xəbərlər
Xəbər Lenti