"O, bugünədək heç bir yanlış hərəkətə yol verməyib" - Həbs xəbərinə qohumundan REAKSİYA

2 Fevral 09:20 Problem 1 579
"O, bugünədək heç bir yanlış hərəkətə yol verməyib" - Həbs xəbərinə qohumundan REAKSİYA

“Tofiq Musayevin həbs olunmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qlobalinfo.az-a danışan MMA döyüşçüsü Tofiq Musayevin qohumu, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov deyib.

O, həbs xəbəri yayılan idmançıların dövlətini sevən və örnək şəxslər olduqlarını qeyd edib:

“T.Musayev istər təmsil etdiyi yarışlarda, istərsə də iştirak etdiyi 44 günlük Vətən müharibəsində öz dəstəyi və şücaəti ilə seçilmiş idmançılarımızdandır.

O, bu günə qədər heç bir yanlış hərəkətə yol verməyib, adı da bu kimi hadisələrdə hallanmayıb. Şər və böhtan xarakterli məlumatlara inanmayın.

Tofiqin izahatı alındıqdan sonra sərbəst buraxılıb, hazırda da azadlıqdadır”.

zərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbər yayılıb.

Tanınmış idmançı xəbəri təkzib etsə də, DİN-dən “qafqazinfo”ya bildirilib ki, T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti