Premyer Liqanın bu klubunu kimlər qoruyur - Biri Elxan Məmmədov, bəs o biri kim?

21 Fevral 14:40 Səbail 2 593
Premyer Liqanın bu klubunu kimlər qoruyur - Biri Elxan Məmmədov, bəs o biri kim?

Premyer Liqanın bütün iştirakçılarını birləşdirən bir məsələ var - hakimlik.

Demək olar havmı onlardan narazıdır. Bir tək «Səbail»dən başqa.

Keçən mövsümlərə boylansaq, «fit sahibləri»nin «dənizçilər»ə də az əziyyət vermədiyini görərik.

Aftandil Hacıyev, Mahmud Qurbanov, eləcə də Şahin Diniyevin özü «ədalət təmsilçiləri»nin ədalət meyarlarına tüpürməsindən dəfələrlə şikayətlənməsini görmüşük.

Bu gün isə «Səbail»in gölünə sanki daş atılıb. Nə rəsmilər dinir, nə də Diniyev. Nəyə dinsinlər, hakimlər çox qısa bir müddətdə «Səbail»in ən böyük dəstəkçisinə çevrilib.

Bu tayfanın mənsubları hansı komandanın «evini yıxsa» da, «dənizçilər»ə dəyib-dolaşmırlar, əksinə, hər fürsətdə köməklərinə yetişirlər. Və çox bariz şəkildə, açıq-açığına! Bunu görməyən kordur.

Nə oldu da, hər şey 180 dərəcə dəyişdi? Filmi asqırdı, ya necə?

Bəlkə hakimlər «Səbail»in rəhbərliyinin, Şahin Diniyevin ala qaşına, ala qaşına vurulub?

Əlinizi ürəyinizin üstünə qoyun və bilin: qətiyyən belə deyil. Hakimlərin «Səbail» sevgisinin arxasında iki səbəb/şəxs dayanır.

Gəlin, onları sizinlə tanış edək. Qarşılayın, Elxan Məmmədov!

Birinci səbəbkar odur. AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katib 2 ilə yaxındır FİFA-nın Paris ofisində mənzillənsə belə, bir əli Bayıl klubunun üzərindədir.

«Dənizçilər»in himayədarları ona yaxın şəxslərdir. Klubun idarəçiləri və icraedici şəxsləri Məmmədovun öz kadrlarıdır. Birbaşa onun təqdimatı ilə görəvə gətiriliblər və elə onun sözüylə də oturub-dururlar.

«Səbail»ə kömək eləmək Məmmədova elə bunun üçün lazımdır? Sözsüz! «Səbail» AFFA-nın keçmiş birinci şəxsinin Premyer Liqada son «qala»sıdır.

Digər klublardakı kadrları bu və ya digər formada ondan yan gəzməyə başlayıb. Bir sözünü eşidirlər, beş sözünü qulaqardına vururlar.

«Səbail»dəkilər hələlik belə eləmirlər, Parisdən zəng və ya mesaj gələndə sevincdən uçurlar. Day başqaları kimi «buna bax, yenə zəhləmizi tökür» demirlər.

E.Məmmədov Rauf Vəliyevin arzusundan xəbərdardır. Bilir ki, «Xəzər Dəniz Gəmiçiliyi»nin və klubun Müşahidə Şurasının sədri «Səbail»i avrokuboklarda görmək istəyir.

O da bu yolda əlindən gələni etməyə çalışır. Gücü çatır, çatmasa, sinəsini bu qədər irəli verməzdi.

Hakimlər Komitəsinin sədri Barış Şimşek, həmçinin komitənin digər funksionerləri ilə əlaqələri bizə bəllidir.

Barış Şimşeki AFFA-da vəzifəyə gətirmiş Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da elə onun adamı, yaxın dostu deyilmi?

Şahin Diniyevin qardaşıoğlu Ramil Diniyev keçmiş hakimdir. Uzun illər Premyer Liqa və I Liqaya təyinat alıb.

Adı saysız-hesabsız qalmaqallarda hallanıb. Obyektiv referi olaraq özünü tanıtdıra bilməyib.

Bəzi klubların rəhbər şəxsləri R.Diniyevi çox yaxşı tanıyır…

O, hazırda hakim-inspektor kimi çempionat oyunlarına təyinat alır. Hakimlərlə sıx münasibətdədir, onlara təsir imkanlarını saxlamaqdadır.

Bilmək bizə maraqlı olar – Rauf Vəliyev hakimlərin köməyi iləqazanılan hər qələbədən, heç-heçədən sonra ayırdığı mükafatdan ona pay çatır, ya yox.

Ancaq istənilən halda Ramil Diniyevin hakimlər vasitəsilə «Səbail»in nəticələrinə təsirini istisna etmək olmaz.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti