Mbappe "neymarlaşıb" - DÜNYA ÇEMPİONU

25 Oktyabr 2019 12:16 Fransa 718
Mbappe "neymarlaşıb" - DÜNYA ÇEMPİONU

Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olan Kristof Düqarri PSJ-nin futbolçusu Kilian Mbappeyə məsələhət verib.

Sportinfo.az xəbər verir ki, Düqarri Mbappeyə tövsiyə edib ki, komandanın maraqları naminə daha çox çalışsın. Düqarrini ÇL-də “Brügge” ilə qarşılaşmadan (5:0) sonra Mbappenin verdiyi açıqlama narazı salıb.

Xatıraldaq ki, “Brügge” ilə oyunda sonradan meydana çıxan və het-trik edən Mbappe qarşılaşmadan sonra belə demişdi: “Mən start heyətində meydana çıxmaq istəyirdim. Amma məşqçi belə qərar verdi. Məşqçinin qərarına hörmət edirəm. Ancaq sübut etmək istəyirdim ki, PSJ-yə mənsiz çox çətin olar”.

Düqarri deyir ki, Mbappenin bu açıqlaması onun özünəvurğunluğundan xəbər verir: “Onun belə danışması məni məyus etdi. Ola bilsin ki, mən başqa nəsli nümayəndəsi olduğum üçün belədir. Müasir futbol məni təəccübləndirir. İndi kollektiv sənin üçün prioritet hesab edilmir.

Mən demirəm ki, Kilian yaxşı oğlan deyil. Ancaq o, bir neçə dəfə xoş olmayan ifadələr işlədib. Mən elə gəlir ki, o, "neymarlaşıb". Ona tövsiyə edirəm ki, Quye, Erreyra, Di Mariya ilə daha çox söhbət etsin. Qorxuram ki, bu oğlana olan ümidlərimiz özünün doğrultmasın”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!