Kavani “Atletiko” ilə anlaşıb?

19 Oktyabr 2019 23:32 Fransa 594
Kavani “Atletiko” ilə anlaşıb?

PSJ ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Edinson Kavaninin gələn ildən “Atletiko”da çıxış edəcəyi iddia edilib.

Sporinfol.az xəbər verir ki, uruqvaylı forvard Madrid klubu ilə ilkin anlaşma əldə edib. Məlumata görə, 32 yaşlı futbolçu gələn mövsüm azad agent statusu ilə “Atletiko”ya keçəcək.

O, 2013-cü ildə “Napoli”dən PSJ-yə 64,5 milyon avro qarşılığında keçmişdi. “El Matador” Paris klubunda 283 oyuna 195 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu