"Lion"un yeni baş məşqçisi rəsmən məlum oldu - FOTO

14 Oktyabr 2019 18:35 Fransa 672
"Lion"un yeni baş məşqçisi rəsmən məlum oldu - FOTO

Fransanın "Lion" lubunun yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az "L'Equipe"ə istinadən xəbər verir ki, komandaya bundan sonra Rudi Qarsiya rəhbərlik edəcək.

55 yaşlı mütəxəssisin müqaviləsi 2021-ci ilin iyuluna qədər nəzərdə tutulub. Qarsiya bu postda Silvinyo Mendesi əvəzləyəcək. Fransalı məşqçi əvəllər 2016-2019-cu illərdə "Olimpik Marsel" klubunda işləyib.

"Şirlər" Liqa 1-də 9 oyundan sonra 9 xalla 14-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti