"Lion" yeni baş məşqçi ilə razılığa gəldi

13 Oktyabr 2019 16:18 Fransa 566
"Lion" yeni baş məşqçi ilə razılığa gəldi

Tanınmış fransalı mütəxəssis Loran Blan baş məşqçi axtarışında olan "Lion"la razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu məlumatı Fransa mediası yayıb. Razılaşmanın maliyyə tərəfi barədə hələki məlumat verilmir. "Lion"un Loran Blanı sabah və ya çərşənbə axşamı ictimaiyyətə təqdim edəcəyi bildirilir.

Xatırladaq ki, "Lion"un sonuncu baş məşqçisi Serjinyo Fransa Liqasının 9-cu turunda "Sent Etyen"ə məğlubiyyətdən sonra istefaya göndərilib. Hazırda "Lion" 9 turdan 9 xal toplamaqla 20 komanda arasında 14-cü sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti