“Mbappe burada çox qalmayacaq” - Ronaldinyonun proqnozu

28 Dekabr 2021 22:00 Fransa 609
“Mbappe burada çox qalmayacaq” - Ronaldinyonun proqnozu

Braziliya yığmasının eks hücumçusu Ronaldinyo PSJ haqda danışıb.

Sportinfo.az xəbər verir ki, canı əfsanə sabiq klubunun hazırda dünyada ən güclü olduğunu deyib.

O, Kilian Mbappe ilə bağlı da proqnoz verib:

“İndi dünyanın ən yaxşı futbolçuları PSJ-də oynamaq istəyirlər. Hazırda dünyada ən yaxşı komanda PSJ-dir.

Amma hesab edirəm ki, Mbappe burada çox qalmayacaq. Onun karyerasında Çempionlar Liqasında qələbə çatmır.

Kilian gənc olsa da, xeyli titul qazanıb. Parisi tərk etməzdən əvvəl ÇL-i qazana bilsə, bu, əla olar. PSJ ÇL-i qazanmağa qadirdir. Onun heyətində bu işi bacaracaq futbolçular qrupu var”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı