İki klub davakar azarkeşlərə görə kubokdan kənarlaşdırıldı - VİDEO

28 Dekabr 2021 10:20 Fransa 590
İki klub davakar azarkeşlərə görə kubokdan kənarlaşdırıldı - VİDEO

Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Paris" və "Lion" arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hər iki komanda texniki məğlubiyyət alaraq, kubok yarışından kənarlaşdırılıblar. Bu üzdən "Nitsa" birbaşa 1/8 finala vəsiqə qazanıb.

Bundan başqa, "Lion" 52 000 avro cərimələnib, azarkeşlərə cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirak etmək qadağası qoyulub. Eyni zamanda, "Lion" gələcəkdə baş verə biləcək analoji hadisəyə görə 2022/2023 mövsümündə də Fransa Kubokdan kənarda qala bilər.

"Paris" klubu isə 10 000 avro ziyana düşüb. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma "Şarleti" stadionunda keçirə bilməyəcək.

"Paris" - "Lion" matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”